Sosial mediada edilən açıqlamalarla “Oskar carçıları” sayılan “Qızıl Qlobus” mükafatlarının sahibləri açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yeddi kateqoriyada yarışan "Netflix" istehsalı olan "The Pover of the Dog", "Ən Yaxşı Film" və "Ən Yaxşı Rejissor" daxil olmaqla üç əsas mükafatla gecənin qalibi oldu.
Musiqili və komediya sahəsində ən yaxşı film üçün "Vest Side Story" də daxil olmaqla üç mükafat qazandı. Nikol Kidman "Ən yaxşı qadın rolu" mükafatını "Rikardos olmaq" filmindəki performansına görə qazanıb. Uill Smit “Ən yaxşı aktyor” mükafatını aldı. Bu, aktyorun karyerasında ilk Qızıl Qlobus mükafatı idi.
Nikol Kidman Qızıl Qlobus mükafatlarını altıya çatdırıb.
Ayşən Vəli