Kiprdə güclü zəlzələ baş verib

11 Yanvar 2022 05:58 (UTC+04:00)

Kipr sahillərində 6.4 bal gücündə zəlzələ baş verib.

SİA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi EMSC məlumat yayıb.


Zəlzələ Bakı vaxtı ilə 05.07-də qeydə alınıb. Yeraltı təkanların episentri Limassol şəhərindən 111 km şimal-qərbdə, 2 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.