Yaponiyada səyahət qadağasının müddəti uzadılıb

11 Yanvar 2022 05:21 (UTC+04:00)

Yaponiya hökuməti epidemioloji vəziyyəti nəzərə alaraq xarici vətəndaşlara viza verilməsini tam qadağan edən qərarın müddətini daha bir ay uzadıb.

SİA-nın xəbərinə görə, bu barədə Baş nazir Fumio Kisida məlumat verib.
Qeyd edək ki, ölkədə 2020-ci ilin dekabrından tam səyahət qadağası hökm sürür. Ölkəyə yalnız Yaponiya vətəndaşları və diplomatlar daxil ola bilir. Gələnlər təcrid və karantin dövrü keçməlidirlər.