ABŞ-da təyyarə qatarla toqquşub

11 Yanvar 2022 02:10 (UTC+04:00)

ABŞ-ın Los-Anceles şəhərində təyyarə qatarla toqquşub.

SİA xəbər verir ki, təyyarə dəmiryolu reslərinin üzərinə qəza enişi edib. Bu zaman yaxınlaşan qatar onunla toqquşub.

Xoşbəxtlikdən, qatarla toqquşmaya qədər xilasedicilər təyyarənin pilotunu təxliyyə edə biliblər. O yüngül xəsarətlər alıb.

Qatarın sərnişinlərindən xəsarət alan olmayıb.