Polis sayı 2 dəfə artırılacaq

10 Yanvar 2022 18:32 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron Nitsa səfəri zamanı açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nitsa da daxil olmaqla Alp-Dəniz bölgəsində 72 narkotik zonasının aşkar edildiyini və onlardan 9-nun ötən il təmizləndiyini qeyd edən Makron 2030-cu ilə qədər küçələrdəki polis sayını iki dəfə artırmaq istədiyini bildirib.

Makron ölkədə narkotik və təhlükəsizlik problemlərinin yaşandığı məhəllələrdə polisin növbətçi olacağını qeyd edib. Hakim partiyanın Respublikaçı Yürüşü (LREM) millət vəkili Stephane Klaireaux-a evinin qarşısında hücumu pisləyən Makron, ictimai nəqliyyat vasitələrində qadınlara qarşı zorakılıq və təzyiqin qarşısını almaq üçün polis sayının artırılacağını bildirib.