Seda Sayan 4 milyona aldığı evini satır...

9 Yanvar 2022 22:04 (UTC+04:00)

Türkiyədə “Sabahın sultanı Seda Sayan” proqramı ilə pərəstişkarlarının qarşısına çıxan Seda Sayan Büyükderedən aldığı Boğaziçi mənzərəli villası ilə bağlı radikal qərar verib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, keçən il 4 milyona aldığı villasını öz zövqünə görə təmir etdirmişdi. Sakit ərazidə yerləşən bu villanın əvəzinə şəhərin mərkəzində yaşamağa davam etmək istəyən Seda Sayanın villanı satmaq üçün vəkilinə göstəriş verdiyi bildirilib. Digər iddia isə Seda Sayanın lüks villası üçün 10 milyon dollar istəməsidir.