İndi də bu mutasiya meydana çıxdı

9 Yanvar 2022 19:55 (UTC+04:00)

Omicron səbəbiylə dünya miqyasında koronavirusa yoluxma hallarında artım davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Omikron davam etdiyi bir vaxtda indi də Kiprdə Omikron və Deltanın birləşməsindən yaranan 'deltakron' variantı təsbit edilib. Tədqiqatçılar bildiriblər ki, indiyədək 25 nəfərdə aşkarlanan virusla bağlı dəqiq bir şey söyləmək hələ tezdir. Virusun təsiri hələ məlum deyil.