Slovakiyada polşalı turistlər itkin düşüb

9 Yanvar 2022 03:49 (UTC+04:00)

Slovakiyada Yüksək Tatra dağlarına yürüş edən polşalı turist qrupu itkin düşüb.

SIA-nın Slovakiya Televiziyasına istinadla xəbərinə görə, xüsusi hazırlıq keçmiş 3 polşalı Gerlax zirvəsinə dırmanmaq istəyib.
Dağın hündürlüyü 2700 metrə çatır. Yüksək Tatra dağlarında cümə günündən hava kəskin pisləşib, turistlərlə əlaqə kəsilib. Onların axtarışı heç bir nəticə verməyib. Slovakiyalı xilasedicilərə Polşadan da kömək göndərilib. Turistlərin axtarışı gecə və bazar günü də davam edəcək.