Cəlilabadda tarixi tapıntılar aşkarlanıb

9 Yanvar 2022 02:41 (UTC+04:00)

Cəliləbadın Şatırlı kəndində qədim tarixi tapıntılar aşkar olunub.

SİA xəbər verir ki, bu barədə “Baku TV” süjet hazırlayıb.

Eksponatın 2 min il öncəyə aid olduğu ehtimal edilir. Ərazidən tapılmış tarixi əşyalar arasında xüsusilə buta formalı tapıntı diqqət çəkib.