Çin silah ixracatında geridədir - SƏBƏBLƏRİ AÇIQLANDI

8 Yanvar 2022 16:37 (UTC+04:00)

Pakistan Hindistanın Fransanın “Rafale” təyyarəsini alması müqabilində Çin istehsalı olan 25 ədəd J-10C qırıcı təyyarəsi alıb. Bu inkişaf onu göstərir ki, Pakistan Çin silah ixracatında mühüm mövqedədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Pakistana hərbi ixracata baxmayaraq, Çinin ümumi silah ixracında qlobal bazar payı azalır. Mütəxəssislərin fikrincə, bu azalma Qərb sistemlərindən fərqli olaraq Çin silahlarının real müharibədə özünü doğrultmaması ilə bağlıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Çin ABŞ, Rusiya və Fransadan sonra dördüncü qlobal silah ixracatçısıdır. Amma son araşdırmalar göstərdi ki, ildə 3-4 milyard dollar dəyərində silah ixrac edən Çinin ixracat rəqəmlərində azalma müşahidə olunur.