Avstraliya Açıq Çempionatına qatılmaq üçün getdiyi Melburnda vizası ləğv edilən və otelə yerləşdirilən Novak Cokoviçin vəkilləri, serb tennisçinin peyvənddən azad edildiyini və ölkəyə girməsinə icazə verildiyini iddia etdilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cokoviçin 16 dekabrda koronavirus testinin müsbət çıxdığı və 14 gündən sonra heç bir əlamət göstərmədiyi səbəbi ilə Avstraliya Tennis Assosiasiyası tərəfindən verilən “Covid-19 peyvəndindən tibbi istisna” qərarı ilə müvəqqəti viza aldığı iddia edilib.