Bakı üzrə 63 məktəb beynəlxalq qiymətləndirməyə qoşulub

8 Yanvar 2022 12:23 (UTC+04:00)

Ötən ilin birinci yarısında Azərbaycan PISA-2022 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsində iştirak edib. Bu barədə SİA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı üzrə 63 məktəb, 2800-dən çox şagird, 1100-dən çox müəllim, 63 məktəb direktoru qiymətləndirməyə qoşulub.

Qeyd edək ki, PISA - şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilir. PISA şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda və məişətdə qarşılaşdıqları problemlərin həlli üçün istifadə etmək bacarığını ölçür.