Yerin fırlanma sürətinin dəyişməsi barədə ALİMLƏR İZAH EDİBLƏR

8 Yanvar 2022 11:52 (UTC+04:00)

Yer ilin müxtəlif vaxtlarında öz oxu ətrafında fırlanma sürətini vaxtaşırı artırır və azaldır. SİA xəbər verir ki, müvafiq açıqlama ilə Rusiya Elmlər Akademiyasının akademiki Vitali Aduşkin çıxış edib.

Onun sözlərinə görə, Yerin fırlanma sürəti o qədər də dəyişmir, lakin yenə də bəzi “dəyişmələr” olur.
Xüsusilə qışda Yerə çoxlu qar yağır, nəticədə onun kütləsi bir qədər dəyişir, bu da fırlanma sürətinə təsir göstərir.

Bu Şimal yarımkürəsində baş verir, lakin bütün planetə təsir göstərir. Bununla belə, bu fenomenin mənfi nəticələri müəyyən edilməyibdir.

Fizika-riyaziyyat elmləri namizədi Valeri Petrov qeyd edib ki, ekvatorda Yer kürəsinin diametri qütblərdəkindən daha böyükdür, ona görə də əgər orada buzlar ərisə və su planet üzərində bərabər paylansa, ekvatordakı kütlə də belə olacaq. Müvafiq olaraq, bu, fırlanma sürətinə də təsir edəcəkdir.