Koronavirusa yoluxmuş "Fənərbaxça"nın sabiq prezidenti Əziz Yıldırım xəstəxanaya aparılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Fənərbaxça”nın sabiq prezidenti Əziz Yıldırımın koronavirus testinin müsbət çıxmasından sonra ehtiyat tədbirləri ilə xəstəxanaya aparıldığı öyrənilib. Əldə edilən məlumata görə, xəstəxanada könüllü olaraq müalicəsini davam etdirən Əziz Yıldırımın səhhətinin yaxşı olduğu öyrənilib.