Bavariya mövsümün ikinci yarısına gözlənilməz şəkildə başladı

8 Yanvar 2022 11:14 (UTC+04:00)

Almaniya Birinci Futbol Liqasında (Bundesliqa) lider "Bavariya" Mönhenqladbax "Borussiya"sına 2:1 hesabı ilə məğlub olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Bavariya" komandası mövsümün ikinci yarısının açılış matçında "Allianz Arena"da Mönhenqladbax "Borussiya"sını qəbul edib. İlk hissəyə sürətli başlayan "Bavariya" 18-ci dəqiqədə Robert Levandovskinin qolu ilə 1-0 önə keçib.

“Borussiya Mönhenqladbax” 27-ci dəqiqədə Florian Neuhaus və 31-ci dəqiqədə Stefan Laynerlə ardıcıl iki qol vurmaqla qabağa keçib. İlk hissə qonaq komandanın 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissədə heç bir komanda qol vura bilmədiyi üçün Mönhenqladbax Borussia komandası 2:1 hesabı ilə qalib gəlib. Bundesliqanın lideri olan və bu mövsüm üçüncü məğlubiyyətini alan "Bavariya"nın 43 xalı var. Münhenqladbax "Borussiya"sı isə xallarını 22-yə yüksəldib.