Son 24 saatda yeni növ koronavirusdan (Covid-19) ölənlərin sayı 300 min 101 nəfərə yüksəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ümumi yoluxma sayının 28 min 23 artaraq 4 milyon 83 min 118 olduğu ölkədə, sağalanların sayı isə 3 milyon 330 min 210 olaraq qeyd edilib. 18 avqust 2021-ci ildən bəri ölkədə bir gündə ən çox yoluxma halı qeydə alınıb və ölənlərin sayı sürətlə artır.
Meksikada kütləvi peyvənd kampaniyası çərçivəsində əhalinin 64 faizinin birinci dozanı, 57 faizinin isə ikinci dozanı aldığı bildirilir. Covid-19 məlumatlarının toplandığı "Worldometers" saytına görə, 126 milyondan çox əhalisi olan Meksika dünyada ən çox yoluxma halı olan 16-cı ölkədir.