ABŞ 30 ildən sonra ilk dəfə təhlükəli kimyəvi maddələrin siyahısının genişləndirilməsi qərarına gəlib.
SİA TRT-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) məlumat yayıb. Bildirib ki, havanı çirkləndirən və tənəffüsü təhlükəli həlledici maddə olan “1-bromopropan” təhlükəöli maddələr siyahısına əlavə ediləcək.
Çirkli parçalar, yağlı metal hissələri təmizləmək qabiliyyətinə görə Quru təmizləyicilər, avtomobil dükanları tərəfindən yayğın istifadə edilən “1-bromopropan”-ın “Aparılan elmi araşdırmalar nəticəsində insan beynində nevroloji zədələrə səbəb ola biləcəyi, reproduktiv sistemə zərər verə biləcəyi və xroniki sağlamlıq problemlərinə səbəb ola biləcəyi ehtimalının yüksək olduğu aşkarlandığı üçün” siyahısa sılınması qərarına gəlinib.