Hindistanda yaşlı kişi 12-ci doza vaksini vurdurdu

7 Yanvar 2022 19:09 (UTC+04:00)

Koronavirus peyvəndinin məcburi olmadığı Hindistanda 84 yaşlı Brahmdeo Mondal, 11 doza Covid-19 peyvəndi aldıqdan sonra 12-ci dozanı almaq üçün getdiyi peyvənd mərkəzində yaxalanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, vurdurduğu Covid-19 peyvəndlərinin sağlamlığına çox faydalı olduğunu iddia edən Mondal, peyvəndlərdən sonra kürəyinin və baş ağrılarının keçdiyini, əvvəllər əsa ilə yeriyərkən indi rahat yeriyə bildiyini söyləyib. Mondal, sistemdə qeydiyyatdan keçmək üçün fərqli hesablar açdığını və müxtəlif peyvənd mərkəzlərinə getdiyini bildirib.