Türk "Survivor" çempionu Turabi Çamkıran sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Turabi qadınlarla hovuz pozaları paylaşıb. Pozaya yazılan mənfi şərhlər Turabini qəzəbləndirib.
Turabi, "Sadəcə fotodur. Başqa heç nə. Biz kamera arxasında böyük bir komanda ilə buradayıq, təkcə üçümüz yox. Sadəcə bir şey sizin üçün pis olduğu üçün bu, pis bir şeydir. Başqalarının namusunun sizə heç bir dəxlisi yoxdur. Başqasının namusunu alçaldanlar adətən ən namussuz olurlar. Bu da ayrı bir məsələdir. Hamınız o qədər məsumsunuz, hamınız o qədər yaxşısınız ki, cəhənnəmdə yanan tək mənim olduğumu düşünəcəksiniz".
Ayşən Vəli