Ayrılıqları birlikləri qədər hadisəli keçən məşhur türk sima Selin Ciğerci ilə Gökhan Çıra yenidən barşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Hər şey bitdi" dedikdən sonra yenidən barışan Selin Ciğerci açıqlama verib.
O, 2019-cu ildə evləndiyi keçmiş futbolçu Gökhan Çıra ilə 10 sentyabr 2021-ci ildə Beykoz Ədliyyəsində rəsmi şəkildə ayrılmışdı. Bu müddətdə Selin Ciğercinin adı bir neçə nəfər tərəfindən hallanır. Amma Selin Ciğerci sevginin olmadığını, sadəcə yeni insanlarla tanış olmağı xoşladığını bildirib.
O, şəxsi həyatı ilə bağlı bunları dedi: “Gökhanla barışdıq və o, məndən şirin-şirin üzr istədi. Münasibətlərimizdə də böyük eniş-yoxuşlarım olub. Ümid edirik ki, bir daha belə bir şeylə qarşılaşmayacağıq. Hazırda evliliyi düşünmürük, sevgili olaraq davam edirik. Onu bağışlamağımın səbəbi onun mənə verdiyi məntiqli izahatlar idi. Sonra sevgili olmağa qərar verdik. Gökhanla yeni səhifə açdıq, bizə daha həyəcanlı görünür. Hazırda evləri birləşdirməyi düşünmürük. Beynimizdəki sual işarələri keçməlidir. Boşandıqdan sonra özümü idmana həsr etdim və 14 kilo arıqladım. Heç bir mədə əməliyyatı keçirməmişəm. Artıq çəkilərimdən öz qətiyyətimlə tamamilə xilas oldum. İndi həm karyera, həm də şəxsi həyatımda çox xoşbəxtik”.
Ayşən Vəli