"Ölümdən döndüm, çox çətin günlər keçirdim"

7 Yanvar 2022 16:12 (UTC+04:00)

Ötən həftələrdə verdiyi açıqlamalarla pərəstişkarlarını qorxudan və venadaxili qidalandığını açıqlayan məşhur türk sima Seren Serengil əməliyyatdan sonra sağlamlığına qovuşub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Seren Serengil keçdiyi çətin prosesdən danışıb.

Yavaş-yavaş sağlamlığına qovuşan Seren Serengil ötən gün sevgilisi Mustafa Rəhman Tohma və dostu Arto ilə Nişantaşıda itlərini gəzdirərkən görüntülənib. Son durumu ilə bağlı məlumat verən məşhur ad, “Ölümdən döndüm, bilirsiniz ki, çox çətin günlər keçirdim. Bu gün çəkimi çəkdim və 1,5 kq çəki almışam. Bu, mənim üçün çox yaxşı addımdır. Hətta indi küçələrdə gəzməyim bir möcüzədir. İndi kabab belə yedik'' dedi.

Həkimlərindən müsbət rəy aldığını deyən Serengil “Artıq xəstələnmirəm, huşumu itirmirəm. Artıq çəkimin fərqi yoxdur, səhhətim qayıtsın, qalanı detallardır. Ən azı 55 kilo görsəm çox sevinərəm. Gözəllərin hamısı xoşbəxtdir deyirlər amma gözəllərin hamısı xoşbəxtdir deyə bir şey yoxdur. Təəssüf ki, hər zaman gözəl görünməyə çalışırıq'' deyib.

Ayşən Vəli