"Starlink" peykləri ilə raket buraxılışı həyata keçirilib

7 Yanvar 2022 06:09 (UTC+04:00)

"SpaceX" şirkəti növbəti qrup "Starlink" mikropeykləri ilə birlikdə "Falcon 9" raketini buraxıb.

SİA-nın məlumatına görə, raketin buraxılış anı şirkətin saytında canlı yayımlanıb.

Kanaveral burnunda (Florida ştatı) yerləşən kosmodromdan buraxılış yerli vaxtla saat 16:49-da baş tutub. Bu dəfə orbitə 49 mikropeyk buraxılacaq.