“Sony” elektrikli avtomobillərini təqdim edib

7 Yanvar 2022 03:32 (UTC+04:00)

“Sony” dünən başlayan CES 2022 sərgisinə 2 elektrikli modeli ilə qatılıb.

SİA-nın məlumatına görə, texnologiya nəhəngi 2020-ci ildə nümayiş etdirdiyi “Vision S” konseptindən əlavə, yeni “SUV” modelini də təqdim edib. Yeni avtomobil 268 at gücündə iki mühərrikə malikdir.

“Sony”nin baş direktoru Keniçiro Yosida təhlükəsizlik üçün avtomobilin içərisinə və xaricinə 40 sensor əlavə etdiklərini də açıqlayıb.