Belarus sülhməramlıları artıq Qazaxıstana gəlib

7 Yanvar 2022 01:18 (UTC+04:00)

KTMT sülhməramlı kontingentinin Belarus hərbçiləri Qazaxıstana gəliblər.

SİA-nın məlumatına görə, bu barədə "Mir-24" telekanalı xəbər verib.

Məlumatda qeyd olunub: "Belarus sülhməramlıları Qazaxıstana gəlib. Vitebsk döyüşçü-desantçılarından ibarət olan bölmələr beş İl-76 təyyarəsi ilə çatdırılıb".