İğtişaşlarda Qazaxıstan kinosunun qızıl fondu yandırılıb

7 Yanvar 2022 00:41 (UTC+04:00)

Almatıda iğtişaşlar nəticəsində Qazaxıstan kinosunun qızıl fondu yandırılıb.

SİA-nın məlumatına görə, bu barədə bu barədə "Atameken biznes" televiziya kanalı bildirib.

Qeyd olunub ki, qızıl fonda qazax kinematoqrafının şedevrləri daxil olub. Eyni zamanda, telekanal Almatı hadisələri nəticəsində filmlərin hansı nüsxələrinə ziyan dəydiyini və harada saxlandığını bildirməyib.