Məşhur aktyoru "Rəcəb İvedik"ə bənzətdilər

6 Yanvar 2022 17:35 (UTC+04:00)

Məşhur türk aktyor Tolqahan Sayışman sahibi olduğu "Han Media"nın istehsal etdiyi "Aynasız" filmində "Efehan" və "Haluk" adlı iki fərqli obrazı canlandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hər səhnədən əvvəl “Haluk” üçün 55 dəqiqəlik xüsusi hazırlıqdan sonra o, kökəlmiş və saqqallı olmuşdu.

Bu şəkildə onu "Rəcəb İvedik"ə bənzədiblər. Fevralın 18-də ekranlara çıxacaq "Aynasız"da Erdal Özyağcılar və Algı Eke də rol alır.

Qeyd: “Efehan” Tolqahanın oğlu, “Haluk” isə atasının adıdır.

Ayşən Vəli