Məşhur türk aktrisa İrem Helvacıoğlu MAG jurnalının üz qabığında olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Behzat C. An Ankara Polisiyesi" filmi ilə tanınan aktrisa karyerasını bu sözlərlə izah edib:
“Qalxdığım yol çox dik və çətin idi. Amma mən təslim olmadım. Ailəm çox dəstək oldu. Bu sonsuz yolda gəzmək və yeni şeylər kəşf etmək həyəcanlıdır. Öyrənməyi, limitlərimi artırmağı və cəhd etməyi heç vaxt dayandırmıram”.
Ayşən Vəli