Nəzarətdən çıxan Rusiya raketi yerə doğru irəliləyir

6 Yanvar 2022 12:47 (UTC+04:00)

Sınaq mərhələsində olan Rusiya raketinin bir hissəsinin ötən həftə qəfildən qopduğu bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qırılan raket parçası indi yerə doğru gəlir. "Persey" adlı raket, tam buraxılışda istifadə olunub. Raketin sabit və yüksək orbitə saxta faydalı yük daşıyacağı gözlənilirdi. Lakin bu yükü daşıya bilməyən "Persey", geriyə doğru yerə düşməyə başlayıb. Rəsmilər bildiriblər ki, raketin hara və nə vaxt düşəcəyini proqnozlaşdırmaq çox çətindir.