İnsan ruhunun harada yerləşdiyi açıqlandı

6 Yanvar 2022 04:08 (UTC+04:00)

"İnsanın ruhu qan dövranı sistemindədir”.

SİA xəbər verir ki, bunu Rusiyada Bakulev adına Milli Tibbi Elmi-Tədqiqat Ürək-Damar Cərrahiyyə Mərkəzinin prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya bəyan edib.

“Məndən tez-tez ruhun harada olduğunu soruşurlar. Qan dövranı sistemində olduğunu deyirəm. Qan dövranı sistemi dayandıqda, o, bədəni tərk edir”, - deyə kardioloq bildirib.