2022-ci ilin trend rəngi nədir? - MARAQLI MƏQAMLAR

5 Yanvar 2022 18:34 (UTC+04:00)

"60-ci illərin hipillər dediyimiz bir moda anlayışı var ki, bunlar 2022-ci ildə təkrarlanacaqdır. Hipillər dediyimiz bu anlayış nədir? Əsasən qarışıq rənglərdən ibarət olan bu moda müxtəlif naxışlı geyimlərdən ibarətdir". Bu sözləri SİA-ya açıqlamasında stilist Rəna Əliyeva bildirib.

Onun sözlərinə görə, bu naxışlardan əsasən qış ayları üçün nəzərdə tutulan geyimlərdə daha çox istifadə olunacaqdır: "İlin trend rəngi "Pantone" şirkəti tərəfindən mavi və qırmızı rənglərin qarışından olan "Very Peri" çalarıdır. Bu rəng 2022-ci ilin trend rəngi hesab olunur. Bir- birindən canlı rənglərdə olan parça trapeslər, kroplar bu ilin trend geyim parçalarındandır. 2022-ci ildə heç bir zaman şahid olmadığımız qədər canlı rənglərdən ibarət olan geyimlərə şahid olacağıq. Bundan əlavə olaraq əsasən xanımların xüsusi günlərdə və daha çox gecə geyimlərində istifadə etdiyi parlaq paçalar və qilitelərdən artıq gündüz geyimlərdə istifadə olunacaq. Ümumiyyətlə bu il moda baxımından çox rəngarəng və geyimlərin bir-biri ilə parlaqlıq və rəng baxımından yarışdığı bir il olacaqdır".