Məşhur sima əri haqqında etiraf etdi

5 Yanvar 2022 17:17 (UTC+04:00)

Məşhur türk aktyor Tolqahan Sayışman və həyat yoldaşı Almeda ötən axşam Etilerdə görüntülənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlərlə söhbət edən Almeda Abazi əri ilə bağlı etiraflar edib.

Jurnalistlərlə söhbət edən aktyor Tolqahan Sayışman “Həyat yoldaşımın əmioğluları Albaniyadan gəlib. Keyfiyyətli dönər olmadığı üçün bura gəldik. Onlar da yedikdən sonra çox bəyəniblər” dedi.

Jurnalistlər “Tolqahan müəllim mətbəxdə bacarıqlıdırmı? Yaxşı bişirir?” sualına Almeda “Tolqa çox yaxşı yeyir. Amma yemək bişirə bilmir” deyib.

Ayşən Vəli