“Ermənistanla Azərbaycan arasında atəşkəs elan olunsa da, informasiya müharibəsi davam edir. Düşmən ölkədə fəaliyyət göstərən KİV-lər yenə öz xislətlərinə sadiq qalaraq və jurnalist etikasına tüpürərək Azərbaycanla bağlı həqiqətə uyğun olmayan, kontekstdən çıxarılmış məlumatları tirajlayırlar. Təəssüf ki, bəzən istinad mənbəyi kimi Azərbaycan KİV-ləri göstərilir”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Azraşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Baş redaktor qeyd edib ki, düşmənin dəyirmanına su tökməmək üçün Azərbaycan mətbuatından yüksək peşəkarlıq, sonsuz məsuliyyət tələb olunur: “Jurnalistin vəzifəsi yazmaq, araşdırmaq, nöqsanları ictimailəşdirməkdir. Amma jurnalistin ortaya çıxardığı məhsul dəqiq faktlara söykənməli, məntiqin süzgəcindən keçməlidir. Milli maraqlarımızı şəxsi maraqlarımıza, xırda intriqalara qurban verə bilmərik. Bizi təkcə dostlarımız deyil, həm də düşmənlərimiz izləyir. Buna görə də geridə xoşagəlməz “iz” buraxmamalıyıq”.