Məşhur aktyor Keanu Rivz (Keanu Reeves) “The Matrix” filmindən gələn gəlinin 70 faizini xərçəng araşdırmalarına bağışladı.
SİA xəbər verir ki, Amerika mətbuatı Rivzin 1999-cu il istehsalı olan ikonik "The Matrix" filmindən əldə etdiyi qazancın 70 faizini lösemi araşdırmaları üçün bağışladığını yazır. Bağışlanan miqdar təxminən 31 yarım milyon dollardır.
Qeyd edək ki, dünyaşöhrətli aktyorun bacısı lösemi xəstəliyindən əziyyət çəkdiyi üçün bu mövzu Keanu Rivzin həssas damarıdır. O, bacısının müalicəsindən sonra özünün xərçəng fondunu yaradıb və xərçəng araşdırmalarına köməyə davam edir.
K.Rivz bildirib ki, bu mövzu ilə gündəmə gəlmək istəmir, qurduğu fondun işlərinin diqqət çəkmədən görülməsinə çalışır.