"Telegram"ın işində qüsurlar yaranıb

4 Yanvar 2022 23:45 (UTC+04:00)

"Telegram" mesencerinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

SİA-nın məlumatına görə, bu barədə populyar internet resursların işini izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən Rusiya və Ukraynada qeydə alınıb.

Bildirilir ki, istifadəçilərin 50 faizi tətbiqin işində, 36 faizi serverə qoşulmada, 14 faizi isə ismarıcların göndərilməsində problemlərlə üzləşiblər.