Televiziya tarixindəki ən məşhur cizgi film personajlarının bir çoxunun ortaq cəhəti onların dörd barmağının olmasıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Mickey Mouse", "Homer Simpson", "SpongeBob", "Looney Tunes" personajları, "Daş dövrü personajları", "Tom və Jerry" kimi bir çox cizgi filmi personajlarının yalnız dörd barmağı var. Bəs bunun səbəbi nədir?
Bunun ən məşhur izahı cizgi filminin istehsalı prosesi ilə bağlıdır. Çünki beş barmaq əvəzinə dörd barmaq çəkmək çox asandır. Bu, dörd barmağı çəkməklə illüstratorlar vaxtına qənaət etməklə yanaşı eyni zamanda studiyalara daha az pul xərcləyirlər.