Kanadada müəmmalı beyin xəstəliyi aşkar edilib. Müəmmalı beyin xəstəliyi ölkədə gənclər arasında sürətlə artır. SİA xarici mətbuata istinadən xəbər verir ki, əslində, ölkə rəsmiləri xəstəliyə ilk dəfə 2021-ci ilin aprelində diaqnoz qoyulduğunu bildirib. Xəstəliyi olan insanlarda qıcqırma və davranış pozğunluqlarının görüldüyü bildirilir. Eyni zamanda, xəstələr ağrılardan şikayət edirlər. Hazırda alınan rəsmi rəqəmlərə görə, 48 nəfərə diaqnoz qoyulub. Ancaq qeyri-rəsmi rəqəmlərin 150 civarında olduğu düşünülür. Araşdırmalar xəstəliyə səbəb ola biləcək qida və ya ətraf mühit faktorunu tapmayıb. Açıqlanamayan hallardan birində bir kişinin demensiya problemlərini və qəribəliklərini həyat yoldaşına ötürdüyü məlum olub.