Səhnəyə sərxoş halda çıxan müğənni... yıxıldı

4 Yanvar 2022 07:26 (UTC+04:00)

Türkiyəli müğənni Tuğba Özerk səhnəyə sərxoş halda çıxıb.

SİA xəbər verir ki, Antalyada bir oteldə səhnəyə çıxan məşhur qəribə hərəkətləri və mahnını ifa edə bilməməsi ilə diqqət çəkib.

Hətta ayaq üstə dura bilməyən müğənni səhnədə yıxılıb.

Onun səhnədəki vəziyyəti ilə bağlı sosial şəbəkələrdə video yayılıb. Sosial şəbəkə istifadəçiləri müğənnin sərhoş halda tamaşaçı qarşısına çıxmasına görə onu qınayıblar.