Ayaq ağrısı ilə gedib xərçəng olduğunu öyrəndi

2 Yanvar 2022 20:43 (UTC+04:00)

İngiltərədə 29 yaşlı iki uşaq anası bel ağrısı ilə getdiyi həkimdə uşaqlıq boyun xərçəngi olduğunu öyrənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sağaldığını və tamamilə qurtulduğunu düşünən qadın bir müddət sonra ayaq ağrıları ilə yenidən həkimə müraciət edib və bu dəfə 6 ay ömrünün qaldığını eşidib. 2 uşağının həyatında olmayacağının acısına dözməyə çalışan gənc qadın indi onlarla çox vaxt keçirməyə çalışır.