Məşhur sima hər kəsə meydan oxuyacaq

2 Yanvar 2022 19:19 (UTC+04:00)

Barbadoslu milyarder müğənni və modelyer Rihanna alt paltarı brendinin yeni kolleksiyasından geyindiyi dizaynlarla pərəstişkarlarının yeni ilini qeyd edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, 2022-ci il hədəfləri üçün maneələrə, təzyiqlərə qarşı durmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, müğənninin 33 yaşı var.

Ayşən Vəli