Avropada anti-islam, müsəlmanlara qarşı zorakılıq aktları genişlənməkdədir. “Avropa İslamofobiya Hesabatı 2020” Avstriyadakı Leopold Veys İnstitutu tərəfindən ictimaiyyətlə paylaşılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hesabatda 2020-ci ildə Avropada anti-islamizmin gedişatı nümunələrlə izah edilib. Xəbərdə Monteneqroda 3 Bosniya vətəndaşının hücuma məruz qalaraq döyüldüyü, hücum edənlərin “Türkiyəyə getməyin vaxtıdır, burada istənmirsiz” kimi irqçi ifadələr işlətdiyi bildirilib.