Ermənistan hökuməti 2020-ci ilin dekabrında qüvvəyə minmiş türk mallarına qoyulan qadağanı tamamilə aradan qaldırdığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə malları 2022-ci il yanvarın 1-dən etibarən yenidən Ermənistana sərbəst şəkildə daxil ola biləcək.
Ermənistan İqtisadiyyat Nazirliyinin yazılı açıqlamasında “Ermənistan hökuməti daxilində müvafiq nazirliklər arasında əsaslı iş aparılaraq, türk mallarına qoyulan qadağanın aradan qaldırılması qərara alınıb. Bu qərar Ermənistanda inflyasiyanı azaldacaq və insanların ehtiyac duyduğu istehlak mallarını artıracaq. Qərarın Ermənistanın ixracına da müsbət töhfələri olacaq” deyib.