Rusiyada ömür uzunluğu kəskin azalıb

1 Yanvar 2022 06:55 (UTC+04:00)

Rusiyada orta ömür uzunluğu 70 yaşdan aşağı düşüb.

SİA xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin demoqrafı Vera Karpova məlumat verib. Onun sözlərinə görə, bu, koronavirus pandemiyası fonunda baş verib.

Ekspertin sözlərinə görə, ölkədə gözlənilən ömür uzunluğu on il, orta ömür müddəti isə üç ildən çox azalıb.

O əlavə edib ki, sonuncu dəfə orta ömür uzunluğu 2012-ci ildə 70 yaş səviyyəsində olub.