Məşhur türk müğənni Linet əvvəlki gün səhər gəzintisində balıq tutub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Arnavutköydə balıq tutan vətəndaşların yanına gedən müğənni çubuğu götürərək gözləməyə başlayıb. O, nəhayət 4 balıq tutub.
Linet “İlk dəfə cəhd etdim və balıq tutdum. Mənim üçün çox yaxşı bir an idi. Bundan sonra asudə vaxtlarımda balıq tutmağa gələcəm, bu, çox xoşdur” deyib.
Ayşən Vəli