Bakının Suraxanı rayonunda intihara cəhd hadisəsi baş verib.
SİA xəbər verir ki, olay Əmircan qəsəbəsində qeydə alınıb.
1968-ci il təvəllüdlü Haqverdiyev Canpolad Bəşir oğlu yaşadığı evdə bıçaqla özünə xəsarət yetirib.
O, çoxlu qan itirib. İntihara cəhd edən şəxs yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.