"Tesla” şirkəti elektrik mühərrikli 475 min avtomobili geri çağırır.
SİA xəbər verir ki, bu barədə ABŞ-ın Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının sənədlərində deyilir.
356 mindən çox model 3 hetçbeki və 119 mindən çox model sedanı geri çağırılacaq.
Maşınların istehsal ili modeldən asılı olaraq 2014-2021-ci illər arasında dəyişir. Eyni zamanda, departament bu qərarın təsirinə məruz qalan ölkələri dəqiqləşdirmir.
Geri çağırılma ön baqajda problem və arxa görüntü kamerasındakı nasazlıqlarla bağlıdır.