Empatiya nədir? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

30 Dekabr 2021 15:25 (UTC+04:00)

"Empatiya özünü başqa insanın yerinə qoyaraq duyğu və düşüncələrini anlaya bilmək deməkdir. Yəni qarşı tərəfin keçirdiyi hər bir amili (kədər, sevinc, məyusluq və s.) hiss etməkdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Cəmilə Hacıyeva bildirib.

Onun sözlərinə görə, empatiya insanlarla daha sağlam münasibət qurmaq üçün çox onəmlidir: "Təbii ki, empatiya istər ailə, dostluq, sevgi münasibətlərində istərsə də, sosial çevrədə insanları daha yaxşı anlamağımız üçün çox önəmli faktordur. Empatya qurmaq nəinki, insanlarla münasibətdə, eyni zamanda iş həyatında da sizə uğur gətirə bilər. Çünki empatiya qurmağı bacaran insanlar işlərində daha məsuliyyətli və işçi kollektivində də anlayışlı biri kimi tanınırlar. İnsanlarla empati qurmağı bacarsaz onları yaxından tanımaq və analiz etmək kimi şansınız olacaq. Həmin insanla möhkəm bağ qurmağınıza yardımçı olacaq. Bəs necə empatiya qura bilərik?

1. Özünüzə rəva bilmədiyiniz hər hansısa bir şeyi başqasına rəva bilməyin. Məsələn, haqsızlıq görmək istəmirsizsə, başqasına haqsızlıq etməyin.

2. İnsanları dinləmədən onları mühakimə edərək önyarqılı davranmayın".