Belçikanın Lovendegem şəhərində yaşayan qardaşların başına maraqlı iş gəlib.
SİA xəbər verir ki, qardaşlardan birinin üzərinə bu yaxınlarda ağac düşərək xəsarət yetirib, digəri isə koronavirusa yoluxub.
Hər 2 qardaşın xəstəxanada olmasını fürsət bilən oğrular onların atelyesinə pul tapmaq niyyəti ilə daxil olublar. 500 kvadrat metr sahəsi olan atelye hər 2 qardaşın iş yeridir və onlar burada 30 ildən çoxdur müxtəlif ehtiyat hissələri və detal toplayırlar.
Binaya həftə ərzində 4 dəfə daxil olan oğrular heç nə ələ keçirə bilməsələr də, anbarın altını üstünə çeviriblər. Bu qədər əşyanı isə sahmana salmaq yaşlı qardaşların fiziki imkanı xaricindədir.