"Düşmən ölkələr"in siyahısına Britaniya Rusiyanı da daxil edib

29 Dekabr 2021 17:35 (UTC+04:00)

Böyük Britaniyanın təhlükəsizlik və sərhədlər üzrə dövlət katibi Damian Hinds Britaniyaya qarşı kiberhücum və dezinformasiya kampaniyalarına istinad edərək, “düşmən ölkələrin” siyahısını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, siyahıya Rusiya Federasiyası da daxildir. Böyük Britaniyanın naziri Damian Hinds "The Teleqraf"a açıqlamasında Çin, İran, Şimali Koreya və Rusiyaya işarə edib. O, kiber təhdidlərdən tutmuş kəşfiyyat fəaliyyətlərinə qədər bir çox insidentdə Çin, İran və Rusiyanın əli olduğunu bildirib.