Ermənistanda yeni müharibə çağırışları səslənir ANALİTİK+ AKTUAL

29 Dekabr 2021 16:00 (UTC+04:00)

Vardan Voskanyan: “Bizim yeganə düşüncəmiz güzəştə getmək deyil, növbəti müharibəyə hazırlığımız olmalıdır”

Ermənistanda mövcud olan revanşist qüvvələr deyəsən yaşadıqları ölkələrini tam şəkildə məhv etməmiş, xəritədən silldirməmiş öz sərsəm çağırışlarından əl çəkən deyillər. SİA xəbər verir ki, bu dəfə “Vətən” partiyasının funksioneri, iranşünas Vardan Voskanyan feysbuk səhifəsində yazdığı sərsəm iddiaları ilə bildirib ki, onları, yəni Ermənistanı davamlı olaraq Azərbaycana güzəştə getməyə məcbur edirlər.

O, bir az da irəliyə getməklə Azərbaycanın əzəli və əbədi əraziləri olan Qarabağın tam olaraq Bakının nəzarətinə keçməsi üçün fəaliyyətin getdiyini bildirib və bunun erməni ictimaiyyəti üçün yolverilməz olduğunu qeyd edib. Onun bu kimi axmaq fikirləri isə yalnız belə qənaətə gəlməyə zəmin yaradır – bu kimi ağılsız erməni siyasətçiləri öz daşnak xarakterli düşüncələri ilə yalnız Ermənistanı deyil, adi erməni xalqını da 100%-lik ölümə doğru sürükləməmiş dincəlməyəcəklər.

Onlara növbəti dərsin verilməsi bəlkə də zərurətə çevirlməyə başlayıb

Bu “insan” hələ də anlamır ki, ötən 30 ildə işğal altındakı Qarabağı heç bir ölkə tanımadı və bundan sonra da tanımayacaq, Qarabağ yalnız Azərbaycanın hüdudları kimi tanınır və bu aksiomadır. Ancaq Voskanyan, Koçaryan, Sarqsyan, Ohanyan və s. kimi türk və azərbaycanlı düşmənləri həmin reallığı heç cür qəbul edə bilmək ağlında və gücündə olmadıqları üçün onlara növbəti dərsin verilməsi bəlkə də zərurətə çevirlməyə başlayıb.

Guya Azərbaycan və Türkiyə ikiliyinin “erməni dövlətçiliyini məhv etmək planı” ətrafında iş apardığını axmaq düşüncəsi ilə iddia edən Voskanyan unudur ki, əslində onun özü və özü kimi revanşçılar onus da tükdən asılı vəziyyətdə qalan dövlətçiliklərini ciddi təhlükə altında qoyurlar – bu kimi müharibə aparmaq çağırışları ilə.

Amma təəssüf ki, onlara gerçək Allah ağıl verməyib...

“Ona görə də bizim yeganə düşüncəmiz güzəştə getmək deyil, növbəti müharibəyə hazır olmağımızla Azərbaycanı bu müharibədə tam məhv etmək üzərində cəmləşməlidir”, deyən sərsəm erməni partiya təmsilçisi bir az da irəliyə getməklə deyib ki, xalqların müqəddəratını sülh allahı deyil, müharibə allahı təyin edir və s. Amma təəssüf ki, onlara gerçək Allah ağıl verməyib...

Görünür, Ermənistanda bənzər “qaşınanlar” çoxdurlar və belələrinin çarələrinə baxmaq üçün heç də müharibə etməyə gərək yoxdur, sadəcə kiçik antiterror əməliyyatı ilə onları birdəfəlik susdurmaq olar. Əlbəttə ki, belə düşünməyə davam edərlərsə...

Rövşən RƏSULOV