Boşanmaq ona baha başa gəldi

29 Dekabr 2021 12:51 (UTC+04:00)

İsraildə boşanma davası zamanı verilən mübahisəli qərarlara yenisi əlavə edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə ölkədə yaşayan əcnəbi kişilərin reaksiyasına səbəb olan boşanma qərarları İsraildə tez-tez gündəmə gəlir. Avstraliyalı ata yerli boşanma qanununa əsasən keçmiş həyat yoldaşına gələcək uşaq dəstəyi borcunu 2,4 milyon dollar ödəmədiyi halda, 31 dekabr 9999-cu ilə qədər İsraili tərk etməsinin qadağan edildiyini söyləyib.